"55 nəfərlik siyahıda adları olan hər bir separatçının törətdiyi cinayətləri sübuta yetirən kifayət qədər dəlil və sübutlar var" - DEPUTAT
"Ölkəmizin uğurlarını həzm etməyən və Ermənistana havadarlıq edən bəzi qüvvələr ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasına başlayıblar. Hətta onlar özləri üçün uydurma siyahı belə hazırlayıblar".
Gender.Az xəbər verir ki, bunu Sonxeber.Az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, qatillər və cinayətkarlar nə zamandan siyasi məhbus hesab olunur?
"Bu hansı qanunda yazılıb. Bu gün həbs edilən ermənilərin hər biri 44 günlük Vətən müharibəsində və ondan əvvəlki illərdə soydaşlarımıza qarşı müxtəlif cinayətlər və soyqırımlar törədən cinayətkardır. 55 nəfərlik siyahıda adları olan hər bir erməninin törətdiyi cinayətləri sübuta yetirən kifayət qədər dəlil və sübutlar, şahidlər mövcuddur. Bu gün Xocalıda və digər bölgələrdə bu qatillərin törətdiyi vəhşiliklər öz gözləri ilə görən soydaşlarımız var. Erməni separatçıların müdafiəsinə qalxan bu dairələr hər zaman ölkəmizə qarşı ikili münasibət sərgiləyiblər. Ona görə də onların hazırladığı bu saxta siyahı bizi təəccübləndirmədi".
Deputat vurğulayıb ki, bizə qarşı aparılan hər kompaniya ölkəmizin növbəti qələbəsi ilə nəticələnir:
"Çünki bizim nəyi, necə, nə vaxt etmək lazım olduğunu bilən dövlət başçımız, Ali Baş Komandamız var".