Xəbər lenti
Reklam
Rusiya Müdafiə Nazirliyi Qarabağda sülhməramlıların əməliyyat zonasının adını dəyişib

Rusiya Federasiyasının Müdafiə Nazirliyi hərbi idarənin bülletenində Rusiya sülhməramlılarının Qarabağda fəaliyyət göstərdiyi zonanın adını “Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu” kimi qeyd edib.
Gender.Az
xəbər verir ki, əvvəllər Rusiya Müdafiə Nazirliyinin bülletenlərində hərəkət zonası “Dağlıq Qarabağ münaqişəsi zonası” adlanırdı.
27 oktyabr tarixli bülletendə, həmçinin qeyd olunur ki, yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Xankəndi ərazisində iki post yaradılıb.
Məlumata görə, 2023-cü il sentyabrın 19-dan etibarən Rusiya sülhməramlılarının Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonlarında 8 müşahidə, 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.

Tarix: 27 oktyabr 2023
Baxış: 144

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş