Ermənistan Qarabağla bağlı təkliflə razılaşmadı, dedilər, savaşacağıq - Putin
Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında vaxtilə Qarabağ münaqişəsinin həlli üçün öz variantlarını təklif etməsindən danışıb.
"Gender.Az" “Qafqazinfo”ya istinadla xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Ermənistan bu təkliflə razılaşmayıb:
“Biz nizamlanma üçün öz variantlarımızı təklif etmişdik. Məncə, bu, yaxşı bəllidir. Ermənistan 7 rayona nəzarət edirdi. Hansı ki, Emənistan-Azərbaycan konfliktindən sonra öz nəzarətinə almışdı. Biz Azərbaycanla Kəlbəcər və Laçın rayonlarının və bütün Qarabağın faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalması ilə razılaşma təklif etdik. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Ermənistan rəhbərliyini onillər ərzində inandırmağa çalışdıq. Fərqli variantlar var idi, amma yekunda hamısı buna gəlib çıxırdı. “Nə edəcəksiniz?” sualına “savaşacağıq” cavabını verdilər. Yekunda hər şey mövcud olan situasiyaya gəlib çıxdı”.
Tarix: 12 sentyabr 2023
Baxış: 127
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş