Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Separatçılar geri çəkildi: Bakının növbəti hədəfi nədir?

"Bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR Ağdam rayonundan keçərək Xankəndiyə çatıb. Bu, çox mühüm hadisədir".
Gender.Az xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev qeyd edib. O sözügedən yeniliyin 3 baxımdan mühüm hesab edir:
"Birincisi, Rusiyanın göndərdiyi TIR Ağdam-Əsgəran yolu vasitəsilə Xankəndi şəhərinə çatdırıldı. Bu, rəsmi Bakının irəli sürdüyü əsas şərtlərdən idi. Rusiya kimi bir ölkə belə Bakının tələbinə əməl edirsə, Ermənistan, Fransa başda olmaqla hər kəs etməlidir.
İkincisi, bununla separatçıların “humanitar fəlakət” kampaniyası başa çatır. Yəni bundan sonra kampaniyanı davam etdirsələr belə, effekti olmayacaq.
Üçüncüsü, rəsmi Bakı Laçın nəzarət-buraxılış məntəqəsini yaratmağının ardınca növbəti ciddi uğura imza atdı. Bundan sonrakı hədəf Laçında gömrük postunun qurulması olacaq".
Ekspertin sözlərinə görə indiki məqamda əsas sual Laçın yolunun açılıb-açılmayacğı ilə bağlıdır:
"Prinsip etibarilə Laçın yolu mülki şəxslər üçün açıqdır. Gün ərzində bu yoldan istifadə edən ermənilərin görüntüsü yayılır. Lakin yük maşınları üçün yolun bağlı olması doğrudur. Bunun da subyektiv səbəbləri var. Hesab etmək olar ki, Laçın yolu da açılacaq, lakin ermənilər buradan əvvəlki kimi separatçı məqsədlər üçün istifadə etməyə cəhd göstərsələr, ya da hansısa neqativ hal aşkarlanarsa, yol yenidən bağlana bilər".

Gender.Az

Tarix: 12 sentyabr 2023
Baxış: 139

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş