ABŞ Qarabağı müstəqil və suveren ölkə kimi tanımır.
Gender.Az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat üçün brifinqində deyib.
"Biz ötən həftə də bəyan etdik ki, Qarabağı müstəqil və suveren ölkə kimi tanımırıq və eyni zamanda burada keçirilən qondarma "prezident seçkiləri"ni tanımırıq" – Miller vurğulayıb.
Miller bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken regionda vəziyyətlə bağlı şəxsən tərəflərlə işləyir: “Siz görə bilərsiniz ki, həftə sonu cənab Blinken xarici ölkələrdə səfərdə olarkən belə - Hanoyda və Yeni Dehlidə, Azərbaycan və Ermənistan rəhbərləri ilə əlaqə saxlayıb. O, tərəfləri gərginlik yaradacaq addımlardan çəkinməyə, dialoqa çağırıb".
ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, rəsmi Bakı ilə İrəvan arasında dialoq vacibdir.
"ABŞ Azərbaycan və Ermənistan arasında həll olunmamış məslələrin həlli istiqamətində səyləri, birbaşa dialoqu davamlı şəkildə dəstəkləyir", o əlavə edib. \\Pravda.az