Xəbər lenti
Reklam
"Rusiyanın cənubu, Ukrayna və Moldova qədim türk torpağıdır" - Satanovskidən ŞOK AÇIQLAMA

“Ərdoğan dəyərini yüksəldir. İndi ona Qərbin pulu lazımdır. Bizdən lazım olan bütün yardımları artıq alıb. İndi onları Qərbdən almağa çalışır”.
Gender.Az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Yevgeni Satanovski deyib.
Onun sözlərinə görə, Rusiya-Türkiyə münasibətlərində ciddi böhranın başlaya biləcəyi ehtimalı yoxdur.
“Bu, yəqin ki, ilk növbədə Ermənistan üçün maraqlıdır, lakin belə bir ehtimal yoxdur. Amma Rusiya Türkiyə ilə döyüşməyə hazır idi. İkinci Qarabağ müharibəsində Türkiyə və Rusiya sülhməramləlarının regiona yerləşdirilməsi əfərəsində tərəflər arasında güclü toqqquşma ehtimalı var idi. Türkiyə ilə tarixidə 13 – 14 döyüşümüz olub və deyə bilərəm ki, Rusiyanın bütün cənubu, Ukrayna ilə yanaşı, Moldova, eyni zamanda, bütün Zaqafqaziya keçmiş türk torpaqlarıdır”, – deyə Satanovski bildirib. \\KONKRET.az

Tarix: 15 iyul 2023
Baxış: 225

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş