Xəbər lenti
Reklam
Əliyev misli görünməmiş tənqid səsləndirdi - Rusiyalı jurnalist

Fransanın beynəlxalq imicinin rekord dərəcədə aşağı düşməsinə, Avropanın və BMT Təhlükəsizlik Şurasının “xəstə adamına” çevrilməsinə səbəb olan qırğınlar dalğası fonunda prezident Makron yeni zərbə aldı.
Gender.Az xəbər verir ki, bunu rusiyalı jurnalist, yazar Sergey Strokan Azərbaycan Prezidenti İlham Əliyevin Bastiliya Günü ərəfəsində çıxışı haqqında fikirlərini bildirərkən qeyd edib.
"Qlobal Cənubun 120-dən çox ölkəsini birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər nazirlərinin iclasında bu beynəlxalq təşkilatın sədri, Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ünvanına misli görünməmiş tənqidi fikirlər səsləndirib.
Beşinci Respublikada vəziyyətin belə sərt və qərəzsiz qiymətləndirilməsi heç vaxt beynəlxalq platformalarda eşidilməyib. "Fransa yalandan özünü insan hüquqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edərək, digər ölkələrin daxili işlərinə qarışmaqda davam edir", - İlham Əliyev bildirib.
Onun fikrincə, Fransanın istər Afrikada, istərsə də Cənubi Qafqazda həyata keçirdiyi “qeyri-adi neokolonializm siyasəti” üç əsas prinsipə - geosiyasi rəqabətə, xarici hərbi mövcudluğa və müstəmləkə şərqşünaslığına əsaslanır.
Emmanuel Makrona müraciət edən İlham Əliyev deyib ki, müstəmləkələşdirilən, qul kimi istifadə edilən, öldürülən, işgəncələrə məruz qalan və alçaldılan milyonlarla insandan üzr istəmək Fransaya əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra düşdüyü dərin siyasi, sosial və humanitar böhranın nəticələrini aradan qaldırmağa kömək edəcək", - o bildirib.
Jurnalist yazır ki, bənzər bir şəkildə, bu həftə "Le Figaro"ya verdiyi müsahibədə Fransa Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Piyer Broşan oxşar fikirlər irəli sürüb. Onun sözlərinə görə, “bir vaxtlar böyük olan bir ölkə indi Avropanın miqrasiya dəlilikləri üçün qabaqcıl laboratoriyadan başqa bir şey deyil.”.
"Təsadüfi deyil ki, Parisin ətrafı Nanterdə 17 yaşlı Əlcəzair əsilli sürücünün fransız polisi tərəfindən qətlə yetirilməsi, Beşinci Respublikanın təməlində sarsıntı yaratdı.
Bu hekayə aysberqin görünən hissəsidir. Bu yay partlayışdan öncə vəziyyət illərdir yetişmişdi. Bu gün Qərb liderlərindən heç birinin Makron qədər yüksək anti-reytinqi yoxdur. Son illər hətta Co Bayden və Olaf Şolsun onun qədər beynəlxalq qalmaqallar toplusu yoxdur", - deyə jurnalist əlavə edib. \\Ölkə.Az

Tarix: 07 iyul 2023
Baxış: 144

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş