Redaktor seçimi
    İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri
Xəbər lenti
Reklam
Ərdoğan seçilsə, ilk səfəri bu ölkəyə edəcək

Prezident seçkilərinin 28 mayda keçirilən ikinci turunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, seçkidən sonra səfər edəcəyi ilk ölkə Azərbaycan olacaq.
Gender.Az xəbər verir ki, bu sözləri yerli mediaya açıqlamasında Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.
“Bunu soruşmağa ehtiyac varmı? Həmişə necə olur? Seçkidən sonra biz ilk olaraq iki ölkəyə səfər edirik – Azərbaycana və Quzey Kıprısa”, - Çavuşoğlu medianın sualına cavab olaraq bildirib.
Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Ərdoğan və “Altılı masa”nın namizədi Kılıçdaroğlu mübarizə aparacaq.

Tarix: 23 may 2023
Baxış: 410

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş