Xəbər lenti
Reklam
Ermənilər Aram Nikolyana qarşı çıxdı: "Bu, Ermənistan adına şərəfsizlikdir" - FOTO

Ötən gün Ermənistanın paytaxtı İrəvanda keçirilən beynəlxalq yarışın açılış mərasimində Azərbaycan bayrağının yandırılması bütün dünyanın diqqətini özünə çəkib.
Bu iyrənc hadisə təkcə Azərbaycanda deyil, beynəlxalq ictimaiyyət tərəfindən də hiddətlə qarşılanıb.
Gender.Az sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir ki, Aram Nikolyan adlı dizaynerin bu barbarlığı Ermənistanda da ciddi narazılıqlara səbəb olub. Məsələ ilə bağlı sosial şəbəkələr üzərindən müzakirələrdə həmyerlilərini hədəfə alan ermənilər onun bu hərəkətini kəskin pisləyiblər.
Albert Kaçataryan adlı şəxs bayrağımıza qarşı hörmətsizlik edən Aram Nikolyanın davranışını axmaq addım adlandırıb. O, həmyerlisinin ünvanına ağır ifadələr yağdıraraq, bu axmaqlığı ilə dünyaya kimin vəhşi olduğunu açıq-aydın göstərdiyini bildirib.
Mariya adlı digər izləyici isə yazıb ki, “bayraq yandırmaq vətənpərvərlik deyil, vətənpərvərlik döyüş meydanında vuruşmaqdır”. O da belə rəftarı Ermənistan adına şərəfsizlik kimi qiymətləndirib.
Nara Arakelyan öz soydaşları arasında bayraq yandırmağın heç də qəhrəmanlıq olmadığını qeyd edib. Erməni dizaynerin bu hərəkətini pisləyərək, sərhəddəki vəziyyəti ağırlaşdıra biləcəyinə diqqət çəkib.
Digər bir erməni qadın da dünya ictimaiyyətinin gözü önündə baş verən hadisəni Ermənistana qarşı təxribat adlandırıb. Və bu işdə kimlərinsə göstəriş verdiyini dilə gətirib. Həmçinin, ölkəsinin bununla da dünyada biabır olduğunu etiraf edib.
Göründüyü kimi, mötəbər idman turnirinin açılış mərasimində bayrağımıza qarşı hörmətsizlik ermənilər tərəfindən belə birmənalı qarşılanmayıb. Və əksəriyyət bu hərəkətin Ermənistanla Azərbaycan arasındakı münasibətlərin gərginləşməsinə yönəldiyini vurğulayıb. Artıq bununla bağlı erməni teleqram kanallarında məlumatlar da paylaşılıb. Bildirilib ki, “bayrağı yandırmağa cəhd edən dizaynerin bu hərəkəti hər kəsi təəccübləndirib, çünki Aram Nikolyan pul müqabilində Azərbaycan bayrağını tikərkən heç bir narazılıq etməyib”. Mənbə Nikolyanın hansısa dairələrin təzyiqi ilə bayrağı yandırması ehtimalı ilə bağlı narahatlığını da ifadə edib.
Qeyd edək ki, Azərbaycan tərəfi artıq məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edərək, müvafiq cəza tədbirlərinin görülməsi barədə çağırış edib.


Mənbə: KONKRET.az

Tarix: 16 aprel 2023
Baxış: 269

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş