Misir COVID-19-a qarşı dərmanların İSTEHSALINA BAŞLADI
Misirin “Eva Pharma” əczaçılıq şirkəti COVID-19-a yoluxan xəstələrin müalicəsində istifadə ediləcək “Remdesivir” və “Favipiravir” dərman preparatlarının istehsalına başlayıb. Bu dərmanlardan birincisi intensiv müalicə olunan pasiyentlərin orqanizminin oksigenlə təmin edilməsini asanlaşdırır. Bundan əvvəllər Ebola virusuna yoluxanların müalicəsində də istifadə edilib.
ABŞ-ın “Gilead Sciences” biofarmasevtika şirkətindən lisenziya alan Misir firması “Remdesivir”i 127 ölkəyə ixrac edəcək. “Eva Pharma”nın mətbuat açıqlamasında qeyd olunub ki, bir qutusu 125 dollara satılacaq bu dərmanın ilkin mərhələdə ayda 50 min dozası istehsal ediləcək. Firma artıq Misirin karantin xəstəxanalarını preparatla təchiz etməyə başlayıb. Digər preparat – “Favipiravir”in isə ilk partiyası üç həftədən sonra xəstəxanalara çatdrılacaq. Onun yekun qiyməti hələ müəyyən edilməyib. Bu dərman Yaponiyanın “Avigan” preparatının əvəzedicisidir.
Misir şirkəti dərman preparatlarını Yaxın Şərq və Afrika ölkələrinə göndərəcək, sonra isə başqa dövlətlərdən də sifarişlər qəbul ediləcək. \\Teleqraf
Tarix: 26 iyun 2020
Baxış: 456
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş