Hraparak: “Bu hakimiyyət Azərbaycandan o qədər qorxur ki, nəinki “Artsax”a getmir, əksinə səfəri gizlədir”
Oktyabrın 30-da “Artsax”da qondarma qurumun “Daxili İşlər Nazirliyi”nin Dövlət Fövqəladə Hallar Xidmətinin yaradılmasının 30 illiyi qeyd olunub.
Gender.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb. Qəzet bu tədbirlə bağlı maraqlı nüanslara da toxunub. Belə ki, “Hraparak”ın yazdığına görə, qondarma Fövqəladə Hallar Xidmətinin saytında tədbirdə “Ermənistandan gələn qonaqlar iştirak edib” cümləsi qeyd edilir. Lakin kimlərin iştirak etdiyi xüsusilə gizli saxlanılır. Qəzetin gizli mənbələrdən əldə etdiyi məlumata görə, Ermənistandan bu tədbirdə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Armen Pambuxçyan iştirak edib, lakin bu barədə məlumat verilməyib, “Mülki müqavilə”nin nümayəndələri isə hətta onun işə gəlişini və evə qayıtmasını da işıqlandırır. Pambuxçyanın qondarma rejimin tədbirində iştirakının işıqlandırılmaması isə müəyyən məqamlardan xəbər verir.
“Məlum hadisədən 5 gün keçir. Nə Fövqəladə Hallar Nazirliyinin “Facebook” səhifəsində, nə də rəsmi saytında bu səfərlə bağlı heç bir qeyd yoxdur. Bildiririk ki, bu hakimiyyət Azərbaycandan o qədər qorxur ki, onlar nəinki “Artsax”a getmir, həm də səfəri gizlətməyə çalışırlar”, – deyə qəzet yazır. \\KONKRET.az
Tarix: 05 noyabr 2022
Baxış: 405
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş