Xəbər lenti
Reklam
Ermənistandakı əcnəbilərə xəbərdarlıq: "Toqquşma olacaq, ərazidən qaçın!!

ABŞ-ın Ermənistandakı səfirliyi vətəndaşlarına müxalifət hərəkatının paytaxt İrəvanda noyabrın 5-də keçirəcəyi mitinqdə iştirak etməmək barədə xəbərdarlıq edib.
Gender.Az bildirir ki, bu barədə "Sputnik-Armenia"ya istinadən xəbər verir.
Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir. Səfirlik bildirir ki, nümayişlər gözlənilməz ola bilər. "Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.
Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.\\Metbuat.Az

Tarix: 05 noyabr 2022
Baxış: 453

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş