10 dəqiqəlik atəşfəşanlığa 10 milyon xərcləniləcək
Rusiyanın Krasnoyarsk diyarının hakimiyyət orqanları Qələbə Gününü qeyd etmək üçün 10 dəqiqəlik atəşfəşanlıq nümayişinə rekord məbləğdə, 10 milyon rubl (təxminən 180 min manat) xərcləyəcək.
Bu haqda “Mash” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, bu, ötən illə müqayisədə 1,5 milyon çoxdur.
Atəşfəşanlığın eyni vaxtda “Oqni Yenisey” oteli ilə üzbəüz və Krasnoyarsk Ticarət Mərkəzinin yaxınlığındakı barjadan atılacağı deyilir. Tədbirin ümumi dəyəri 43 milyon rubl (təxminən 774 min manat) təşkil edəcək. \\Bakupost.az
Tarix: 02 may 2026
Baxış: 18
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş