Xəbər lenti
Reklam
Vətən dardadır


Dumandır, çiskindir səmanın üzü
Cənub qardaşların yumulmur gözü.
Çəkilib yuxusu ərşə hamının,
Bəlalıdır başı "Savalan" dağın.

Tək qalıb meydanda bacı-qardaşım,
Çatmayır nə əlim, nə də ki, yaşım.
Deyin, bu dərd ilə necə barışım?
Qalıb o biri tayda, qohum-qardaşım.

Atılıb meydana ərən igidlər
Qovurlar düşməni evinə qədər.
Yoxdur gözlərində bir damcı qorxu,
Çatıb yağılara ölümün xofu.

Çox çəkməz qələbə sizinlə olar,
Yalançı, yaltaqlar ifşa olunar.
Tanıyın həyatda dostu-düşməni,
Qoruyun, can qurban, ana vətəni!

Tanrımız həmişə sizinlə olsun,
Qəlbiniz sevinclə, fərəhlə dolsun.
Halaldır sizlərə ananın südü,
Var olsun verilən ata öyüdü.

✍🏻Nazim Sarablı
Tarix: 13 aprel 2026
Baxış: 9124

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş