Xəzərdə tarixi rekord - Ən dərin quyu
JOCAP (Joined Operating Company Absheron Petroleum) "SOCAR Absheron" və "Total E&P Absheron" bərabər paylarla iştirak etdiyi birgə müəssisə) operatoru olduğu "ABD-001" yatağında qazma işləri zamanı "Kaspian Drilinq Kompani Limited" MMC-nin idarəçiliyi altında olan Heydər Əliyev adına 6-cı nəsil yarımdalma qazma qurğusu Xəzər dənizində ən dərin quyunun qazılması üzrə rekorda nail olub.
Quyu bu il aprelin 15-də saat 13:00-da 7411 metr (ümumi ölçülmüş dərinlik) dərinliyə çatıb.
Bu, Xəzər dənizində indiyədək qazılmış ən dərin quyudur.
Qazma qurğusu "Kaspian Drilinq Kompani Limited" MMC-nin rəhbərliyi altında 2017-ci ildə Xəzər tərsanəsində tikilib, sınaqdan keçirilib və qurğuya ümummilli lider Heydər Əliyevin adı verilib. Hazırkı quyu Heydər Əliyev adına yarımdalma qazma qurğusunun qazdığı ilk quyudur. \\Teleqraf.com
Tarix: 17 aprel 2019
Baxış: 850
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş