Qonşuda etiraz aksiyası: Bu kanalı bağlayın - Foto
Gürcüstanda müxalif "Rustavi 2" televiziya kanalının bağlanması tələbi ilə aksiya keçirilib.
Televiziya kanalının binası yaxınlığında keçirilən aksiyada iştirakçılar yayımçının fəaliyyətinə etiraz ediblər.
Hadisə yerinə çox sayda polis əməkdaşı cəlb olunub.
Etirazçılar "Rustavi 2"nin bağlanmasını tələb ediblər. Onlar cəmiyyət üzvlərini kanala müsahibə verməməyə çağırıblar.
Aksiya iştirakçıları kanalın baş direktoru Nika Qvaramianın canlı efirdə hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvilinin ünvanına nalayiq ifadələr işlətməsini də tənqid ediblər.\\Report
Tarix: 17 aprel 2019
Baxış: 571
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş