Xəbər lenti
Reklam
Yeni general-mayorlar kimdir? - Akademiya rəisi, Vətən Müharibəsi Qəhrəmanı... (FOTOLAR)

Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) altı polkovnikinə general-mayor ali hərbi rütbəsi verilib.
Yeni generalların avtobioqrafiyasını təqdim edirik. 
General-mayor Zaur Rəşidoviç Niftullayev - Şəmkir sərhəd dəstəsinin komandiridir. Bundan əvvəl bir sıra hərbi hissələrin komandiri olub. Naxçıvanda uzun illər xidmət keçib. 17 avqust 2021-ci ildə 3-cü dərəcəli "Rəşadət” ordeni ilə mükafatlandırılıb. Buna qədər də dəfələrlə orden və medallar alıb. 
General-mayor Natiq Zahid oğlu Abuzərli - DSX-nin Sərhəd Nəzarət Məntəqələri üzrə rəisdir. "Hərbi xidmətlərə görə” və digər orden və medallarla təltif edilib.
General-mayor Misir Əziz oğlu Əliyev - DSX-nin xüsusi təyinatlılarının komandiridir. "İgidliyə görə”, "Hərbi xidmətlərə görə” və digər bir sıra orden və medallarla təltif olunub. 
General-mayor Aqil İnşalla oğlu Babayev - Dövlət Sərhəd Xidmətinin Akademiyasının rəisidir. Bundan əvvəl Xudat sərhəd dəstəsinin rəisi olub. "İgidliyə görə”, "Vətən uğrunda" və digər bir sıra orden və medallarla təltif olunub. 
General-mayor Azad Əyyub oğlu Abdullayev - Sərhəd Qoşunlarının Göytəpə şəhərində yerləşən "N” saylı hərbi hissəsinin komandiridir. "Azərbaycan Bayrağı” və bir sıra orden və medallarla təltif edilib.
General-mayor Vüsal Eynulla oğlu Sultanov - DSX-nin Çevik Hərəkat Dəstəsinin komandiridir. Şabran rayonunda anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
 





Qaynarinfo 


Tarix: 17 avqust 2022
Baxış: 689

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş