Xəbər lenti
Reklam
Dünən həbs olunan gömrük generalının müavini ölkəni TƏRK ETDİ - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub.Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər.Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gender.az xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib.

Həmin şəxsin ötən gün həbs edilən rəis Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu da gələn xəbərlər sırasındadır.

Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur. DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub. Fikrət Ələsgərli Məsum Rəsulovun ən yaxın adamı hesab olunur.
 

Məsələ ilə bağlı sayt  DGK-nın mətbuat xidməti ilə əlaqə saxlayıb.

 
Dövlət Gömrük Komitəsindən Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin ölkəni tərk etməsi ilə bağlı xəbərə aydınlıq gətirilib.
Komitənin əməkdaşı Novruz Hacıyev  F.Ələsgərlinin xaricdə olduğunu təsdiqləyib:

"F.Ələsgərli mənim rəisimdir. 15-20 gün əvvəl məzuniyyətə çıxması ilə bağlı raport yazıb. Hazırda xaricdədir. Ölkəni tərk etməsinin son günlərdəki hadisələrlə, Gömrük Komitəsindəki həbslərlə bağlı əlaqəsi yoxdur. Sadəcə olaraq, məzuniyyətə görə xaricə gedib".
Tarix: 16 iyul 2022
Baxış: 1 006

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş