Qədim çinlilər orqanlar arasındakı həyat enerjisinin hərəkətinə əsaslanaraq ideal gün rejimini hesablayıb.
Gender.az-ın məlumatına görə, Publika.az xarici mətbuata istinadən xəbər verir ki, çinli alimlər belə həyat ritminin bədəni xəstəliklərdən qoruduğunu və orqanların yaşlanmasının qarşısını aldığını iddia edir.
Bədənin ideal qrafikini təqdim edirik:
Saat 06:00
Bu saatda istəməsək də, bədən oyanır. Amin turşuları, hormonlar və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır, lakin şəkər və alkoqoldan uzaq durmalısınız.
Saat 07:00
Bu saatda ürəyin fəaliyyəti güclənir. Seks hormonları ifraz olunur. İdman etməyin, çünki bu, ürəyin daha da yüklənməsinə səbəb olacaq.
Acqarına bir stəkan su için və səhər yeməyi yeyin.
Saat 08:00
Bədən "yanacaq" tələb edir. Təəssüf ki, insult və infarktlar daha çox bu zaman baş verir. Saat 8 qan analizi üçün ideal zamandır, bir saatdan sonra stressdən dolayı qanın tərkibi artıq dəyişəcək.
Saat 09:00
Saat 9-da bədən daha az ağrı və qorxu hiss edir. İnyeksiya və kimyəvi üsulla müalicə üçün bu ən yaxşı vaxtdır: Fəsad olmayacaq, şəfa isə sürətlənəcək.
Saat 10:00
Bu saat dərs üçün idealdır, çünki beyin artıq daha oyaq olur. Beynin çətin məsələləri həll etmək və vacib qərarlar vermək qabiliyyəti yüksəlir. Bədənin temperaturu artır.
Saat 11:00
Bədən yağ yandırır. Odur ki, ürəyiniz istədiyi hər şeyi yeyə bilərsiniz. Ürək döyüntüsü və qan dövranı optimal səviyyəyə çatır.
Bu saatda kardioloq müayinəsindən keçməyin, çünki diaqnoz səhv ola bilər.
Saat 12:00
Yarım gün keçdi. Bədən keyiyib, beyin isə yaxşı deyil. Oksigen çatışmazlığını kompensasiya etmək üçün açıq pəncərə qarşısında oturun və otağı havalandırın.
Yeganə aktiv orqan artıq mədədir, o yeməyin həzm olunması üçün mədə şirəsi ifraz edir.
Saat 13:00
Diqqət azalır, orqanizm həzmə proqramlaşdırılır. Saat 13:00-da nahar edin və özünüzə kiçik istirahət verin. Yaxşı olardı ki, bu saatda əsəbiləşməyəsiniz, naharı isə sakit şəraitdə yemək lazımdır. Orqanizmə imkan verin ki, qidalı maddələri həzm etsin.
Saat 14:00
Saat 14:00-da yaşam gücü minimumdadır. Vücudun dincəlməyə ihtiyacı var.
Saat 15:00
Beyin yenidən aktivləşir, çalışmağa davam edə bilərsiniz. Maksimum diqqət və konsentrasiya. Ev işləri üçün ideal vaxtdır.
Saat 16:00
Beyindən sonra bədən oyanır. Odur ki, fiziki məşqlər üçün ideal vaxtdır. Ağciyərlər və nəfəs yolları açılır. Təmiz havada gəzin. Bu həm də mədəyə faydalı olacaq.
Saat 17:00
Əllə işləmək üçün əla vaxtdır. Biznesmenlər özünə daha əmin olur, rəssamlar şedevrlər yaradır, idmançılar isə ən yaxşı nəticələrini qazanırlar. Yeri gəlmişkən, rekordların əksəriyyəti məhz bu vaxtda qeydə alınır.
Saat 18:00
Bu saat mədəni istirahəti üçündür. Bütün hisslər kəskinləşir. Dırnaqlar və saçlar daha sürətlə uzanır. Bədən bir az yorğun düşür. Sinirlər ağrı və qəzəbə daha güclü reaksiya verir.
Saat 19:00
Bu saatda bədən müalicəyə, dəri isə kosmetik prosedurlara qarşı çox həssasdır. Dəri məsamələri açılır, diqqət zəifləyir, beyin rahatlaşır.
Saat 20:00
Görmə qabiliyyəti güclənir. Geyim seçimi üçün ən yaxşı vaxtdır. 20:00-dək şam etmək lazımdır, çünki bundan sonra orqanizm zəifləyir.
Qaraciyər fəal işləyir, odur ki, bu saatda spirtli içkilər qəbul etmək daha məntiqlidir.
Saat 21:00
Bədənin temperaturu və maddələr mübadiləsi aşağı düşür. Saat 21:00-dan sonra yemək olmaz. Yemək tam həzm olunmur. Sadəcə mədə və qaraciyər işləyir.
Saat 22:00
Qaraciyərin fəaliyyəti zəifləyir. Siqaret çəkməyin, çünki bütün nikotin dərhal orqanizmə daxil olacaq, qaraciyər isə onu təmizlənməyəcək.
Saat 23:00
İstəməsək də, yuxuya getməyə başlayırıq. Bədən boşalır. Maddələr mübadiləsi, temperatur, ürək və sinirlərin aktivliyi minimuma qədər azalır.
Stress hormonu kortizol artıq istehsal olunmur. Cavan qalmaq istəyirsinizsə, yatağa bu saatda girmək lazımdır: dərinin hüceyrələrinin bərpası başlayır.
Saat 24:00
Bədən növbəti gün üçün bütün resurslara qənaət edir. Bu anda yatmaq lazımdır.
Saat 01:00-dan 03:00-a qədər
Bu zaman bütün hisslər kütləşir. Ehtiyatlı olun, fəlakətlər, bədbəxt hadisələr və qəzalar bu saatlarda baş verir. Bu zaman evdən çıxmamaq daha yaxşı olar.
Saat 03:00-dan 05:00-a qədər
Qan təzyiqi minimuma çatır.
Ən azı bir neçə gün ərzində bu rejimi müşahidə etməyə çalışın və nəticəni görəcəksiniz!