Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində direktor şagirdi döyüb və qiyməti baha olan telefonunun sındırıb.
Adının çəkilməsini istəməyən məktub müəllifi sözügedən məktəbin müəllimlərindən biridir. Hadisəyə şahidlik edən sözügedən müəllimə bildirir ki:
“Direktor Çinarə Atayeva artıq neçənci dəfədir bu cür vəhşiliyə əl atır. Bundan əvvəl, 2021-ci ilin oktyabr ayında 7 ”d” sinfinin şagirdi Anar Mirzəağayevi vəhşicəsinə döyüb xəsarət yetirmişdi. Direktorun ciddi psixoloji problemləri var. Özünü idarə edə bilmir.
Təhsil Nazirliyinin göstərişi əsasında məktəbdə artıq yoxlama həyata keçirilməkdədir.
Baş vermiş hadisənin gizlədilməsi üçün direktor tərəfindən müəllimlərə artıq müvafiq tapşırıq verilib. Bunu 9 “a” sinfinin rəhbəri Şəfaqət Balcanovanın öz sinfinin vatsap qrupuna atdığı səs yazısından aydın şəkildə bilmək mümkündür”.
Döyülərək telefonu sındırılan Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbin 9 “a” sinif şagirdi Gülnar Məmmədlinin atası İlqar Məmmədovla telefon əlaqəsi saxladıq. İlqar Məmmədfov “Hurriyyət”ə açıqlamasında bildirdi ki, Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində direktoru Çinarə Atayevadan şikayət edənlər çoxdur, amma heç kəsin şikayətinə məhəl qoyulmur: “Bilmirəm nə məsələdir, qorxurlar ondan, ya hansısa başqa səbəb var. İş artıq təhqiqatdadır. Abşeron Rayon Saray qəsəbəsinin Polis idarəsinə əeizə ilə müraciət etmişəm, Təhsil Nazirliyinə də hadisə ilə bağlı məlumat vermişik.
Polis bölməsində bizdən izahat alınıb, qızımı ekspertizadan keçirmişik.
Sözsügedən məktəbin direktoru özünü reket kimi aparır. Arxasında kimsə dayanır, ona görə də ürəyi istəyəni edir. Əvvəllər İcra hakiminin qızı ilə dostluq edirdi deyə heç kəsi saya salmırdı, indi kimə güvənib bu cür özbaşınalıq etdiyini isə bilmirəm”.
Zərərçəkən həmçinin qeyd edib ki:
“Qızımdan əvvəl də bir uşağı vurub, qulağını cırıb, telefonunu vurub sındırıb, sonra zərərçəkənə təzə telefon alıb verib. Bu haqda da sosial mediada məlumat verilib. bəlkə direktor xanım şagirdləri incitməkdən xüsusi zövq alır, anlaya bilmirəm nədyə görə özünü belə apardığını.
Doğrudur, məktəbə telefon aparmaq olmaz. Amma buna görə uşağı döyməzlər axı. Üstəlik, telefonu əlində tutmayıb. Sinif otağına daxil olanda görüb ki, qızım gödəkçəsinin cibindəki telefonu çızxarıb siyirməyə qoyub. İcazəsiz məktəbə telefon gətirib? Götür telefonu, qoy öz seyfinə, uşağın valideynlərini məktəbə dəvət edib iradını bildir, daha uşağı, özü də qız uşağını 5-6 dəfə divara çırpmaq, telefonunu götürüb üç-dörd dəfə yerə çırpıb sındırmaq nədir?”
İlqar Məmmədov övladına şiddət göstərən direktor Çinarə Atayeva ilə kompromisə getməyə razı olduğunu da etiraf edib:
“Onu da deyim ki, dünən saat 15.00-da müstəntiqin qəbulunda olmalı idim. Həmin məktəbin müəllimi olan qohumumuz zəng vurub xahiş etdi ki, direktordan şikayət etməyib, aramızda barışıq edək, telefonu da alıb versin. Mən də razılaşdım. Saat 14.00-da həmin müəllim direktora zəng vurub mənim adımdan ona dedi ki, olan olub, telefonu alıb uşağa qaytarsın, valideynlərindən də üzr istəsin və bu söhbət bağlansın. Direktor isə cavab verib ki, şahidlərim var. Sinif rəhbəri, tədris işləri üzrə direktor müavinini yanımda olub. Heç kəsi vurmamışam, heç nə sındırmamışam, kimə istəyir şikayət etsin.
Halbuki, qızımı vuranda yalnız sinif yoldaşları otaqda oilub, onların gözü qarşısında telefonu terə çırpıb sındırıb, uşağı da sürüyüb sinifdən çıxarıb. Səs yazısında sinif rəhbəri uçşaqlara deyir ki, gördüyünüzü unudun. Bu sözlər elə bütün olanları təsdiq edir.
Dirktorun bu həyasız bəyanatından sonra polis bölməsinə gedib rəsmi ərizə yazdım. Təhsil Nazirliyiniə də, prokurorluğa da hadisə ilə bağlı məlumat verildi. Daha heç telefonu da istəmirəm. Bağışlayıram ona. Geriyə addım atmaq fikrim də yoxdur, sona qədər gedib o direktorun cəzalandırılmasına nail olacağam”.
P.S. Atalar deyimidir: “Yalançının şahidi yanında olar”. Təəssüf ki, Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbində direktoru Çinarə Atayeva nın nalayiq davranışını qınamaq, onun özbaşınalığının qarşısını almaq əvəzinə, müəllim kimi şərəfli peşənin sahibi olan bəzi şəxslər ona yalandan şahidlik edir, onun günahını-ört-bas etmək üçün uşaqları, şagirdləri də bu çirkin işə cəlb edir. Amma nə yaxşı ki, sözügedən məktəbdə sizə təqdim etdiyimiz səs yazısını bizə yollayan pedoqoq xanım kimi vicdanlı müəllimlər də çalışır. Ümid edirik ki, fiziki şiddətə, mənəvi basqıya məruz qalan şagirdin valideynləri bu məsələdə sonadək gedəcək və günahkarın cəzalandırılmasına nail olacaqlar. Biz də öz növbəmizdə bu olayı diqqətdə saxlayacağıq.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: