Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Hadi Rəcəbli qaş düzəldən yerdə göz çıxardı — Məcburi köçkünlərə dəstək üçün çəkdirdiyi foto QALMAQAL YARATDI

Xəbər verdiyimiz kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "#koçkunlerleberaberik" haştağlı virtual aksiya həyata keçirilir. 


Gender.az Demokrat.az-a istinadla xəbər verir ki, aksiyaya bir çox tanınmış ictimaiyyət nümayəndələri və millət vəkilləri qoşularaq, fotolar çəkdirirlər. 


Aksiyaya qoşulanlar arasında Milli Məclisin deputatı, Parlamentin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də var. Komitə sədri foto çəkdirirək, məcburi köçkünlərə öz dəstəyini nümayiş etdirib. Ancaq Hadi Rəcəblinin "AtaBank"ın binası qarşısında çəkdirdiyi foto diqqəti məcburi köçkünlərdən daha çox "AtaBank"ın reklamına yönəldib. Belə ki, sözügedən fotoda deputatın arxa fonunda bir neçə dəfə yazılmış "AtaBank" yazısı daha çox diqqət çəkir. 


Sözügedən foto sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. Həmin fotonu təqdim edirik: 




 
Tarix: 03 iyul 2019
Baxış: 31403

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş