Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Ermənistan dövlətinin dünya silah mafiyası ilə əlaqəsi üzə çıxdı - İSTEFA VƏ HƏBSLƏR


Ermənistan keçmiş müdafiə naziri David Tonoyan həbs edilib, bəzi mənbələrə görə. Eyni mənbə yaxında digər Sabiq nazir Seyran Ohanyan və keçmiş Baş Qərargah Rəisi Yuri Xaçaturovun da həbs ediləcəyini, uyğun zaman gözlənildiyini bildirib.
Bu barədə tanınmış siyasi analitik Turab Rzayev məlumat verib:

"Yayılan sənədlər arasında beynəlxalq silah "baronu", terrorçu təşkilatlara və sanksiya altında olan dövlətlərə qanunsuz silah satışı ilə ad çıxarmış David Qaltsyanın da adı keçir. Çox maraqlıdır ki, sənədlərin birində Qaltsyan Marşal adalarında ofşorda qeydiyyatdan keçmiş şirkəti vasitəsi ilə Türkiyə şirkətinə İrəvandan hərbi texnika və sursat satmağa çalışır.
Eyni vaxtda müdafiə nazirinin müavinin Rusiyadan böyük partiya alışları başqa bir ofşor şirkəti üzərindən sifariş verdiyi ortaya çıxıb.


Bugün isə Paşinyanın Azərbaycan ilə delimitasiya və demarkasiyaya hazır olduğunu bəyan etməsi hadisələrin bir-biri ilə bağlı olması ehtimalını gücləndirir. Belə çıxır ki, Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaq, davamlı sülh müqaviləsi imzalamaq üçün Rusiyanın 5-ci kolonundan və cinayətkar qruplaşmalardan, o cümlədən silah mafiyasından xilas olmağa qərar verib."\\Azerforum

Tarix: 03 oktyabr 2021
Baxış: 279

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş