Xəbər lenti
Reklam
Adnan Əhmədzadəyə aid olduğu deyilən “Bolmart”ın fəaliyyəti DAYANDIRILDI


Bir müddət əvvəl həbs edilən iş adamı  Adnan Əhmədzadənin nəzarətində olan  “Bolmart” mağazalar şəbəkəsinə vətəndaşların girişi qadağan edilib. 

Gender.Az bildirir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, heç bir alıcının mağazaya girişinə icazə verilmir. Burada müxtəlif əməkdaşların olduğu görünür. Hətta polis əməkdaşları da hazırda ərazidədir. 
Məhsullar olduğu kimi yerində, kassa aparatları tam açıq vəziyyətdədir. Mağaza içərisində yoxlama aparılır. Hətta mağazaya məxsus dayanacaqda avtomobillərin girişinə qadağa qoyulub.



Tarix: 28 oktyabr 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş