Redaktor seçimi
    Hamı dedi ki, ölüb, eləmə - Şəhid olduğu deyilən əsgəri həyata qaytardı - VİDEO
Xəbər lenti
Reklam
İrəvan küçələrində "Qarabağ Azərbaycandır" - FOTO

İrəvan küçələrində Ermənistanın hakim partiyasının emblemi, baş nazir Nikol Paşinyanın portreti və erməni dilində “Qarabağ Azərbaycandır və nöqtə” yazıları olan posterlər yayılıb.
Gender.Az "Modern.az"a istinadən xəbər verir ki, müvafiq görüntülər teleqram kanallarında yayımlanıb.
Bildirilir ki, İrəvan küçələrinə yüzlərlə belə posterlər yerləşdirilib. Aksiya hakim partiya tərəfdarlarının paytaxt meri vəzifəsinə namizədinə dəstək məqsədilə dünənki yürüşündən sonra (seçkilər sabah keçiriləcək) baş tutub. Posterlərin kimlər tərəfindən yayıldığı məlum deyil.
Bildirilir ki, posterlərin dizaynı, o cümlədən rəngi və şriftləri hakim partiyanın təbliğat materiallarının üslubu ilə eynidir.



Tarix: 16 sentyabr 2023
Baxış: 83

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş