Redaktor seçimi
    Ermənistanla ABŞ hərbi təlimlərə başladı - Xəbərlərin 20:00 buraxılışı
Xəbər lenti
Reklam
Prezidentdən güzəştli ipoteka ilə bağlı FƏRMAN

Güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik şəxslərin əhatə dairəsi genişləndirilir.

Gender.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, şəhidin övladları, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları, Azərbaycanın Milli Qəhrəmanının övladları güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaq.

İndiyə kimi gənc ailənin üzvü olan şəhid ailəsinin üzvü (əri/arvadı, övladları) və Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı, övladları güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik idi.

Tarix: 24 noyabr 2022
Baxış: 537

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş