Redaktor seçimi
    "Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır" - Sanosyan
Xəbər lenti
Reklam
DİM-in milyonlarla manata ödədiyi bina Məleykə Abbaszadənin qohumlarının imiş... (TƏFƏRRÜAT)

"Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsi Zeynalov Natiq Vahib oğluna məxsus qeyri-yaşayış sahəsini icarəyə götürüb.
Bakı Baş Səhiyyə Mərkəzi Natiq Zeynalov ilə satınalma müqaviləsi imzalayıb və binanın bir illik icarəsi üçün 516 min 279 manat 12 qəpik ödəyəcəklər.

Qeyd edək ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək.

Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb.
DİM-in 7 il fəaliyyət göstərdiyi binanı neçəyə icarəyə götürdüyü barədə məlumat yoxdur. Amma, məlum olan odur ki, icarəyə götürülən bina DİM sədri Məleykə Abbaszadənin yaxınlarına məxsus olub. 

Onu da bildirək ki, bina sahibinin atası və eyni zamanda da Məleykə Abbaszadənin qudası olan Vahib Zeynalov 2017-ci ildə vəfat edib.
2020-ci ildə isə Məleykə Abbaszadənin qızı Vahib Zeynalovun isə gəlini olan 44 yaşlı Nigar Abbaszadə də vəfat edib. Nigar Abbaszadə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub.
DİM-in 7 il ərzində bu bina üçün nə qədər vəsait ödədiyini öyrənmək üçün sullarımız Dövlət İmtahan Mərkəzinə ünvanladıq. Sullarımıza cavab verildiyi təqdirdə yazıya əlavə olunacaq.\\Yeniavaz.com 

Tarix: 23 noyabr 2022
Baxış: 456

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş