Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Yarımmilyonluq "Bentley"i olan icra başçısının motosikleti də varmış - ŞOK İDDİA

Daşkəsən rayonunun İcra Başçısı Əhəd Abıyev qalmaqallı adam olmaqla yanaşı, həm də böyük maddi imkanlara sahib olan məmur kimi tanınır
Onun böyük gəlirlərə çıxışı isə hələ deputat olan zamanlardan başlayıb. Qısa zamanda, Cənub bölgəsində özünə biznes şəbəkəsi quran sözügedən şəxs, bununla kifayətlənməyib, qardaşlarını da vəzifəyə keçirməklə özünə “şəbəkə” yarada bilib. 
Daşkəsənin icra başçısı təkcə vəzifə deyil, həmçinin digər işlərin də həvəskarıdır. Məsələn, o, maşın kolleksiyası həvəskarıdır.
Araşdırmalara görə, Əhəd Abıyevin maşın kolleksiyasında ən bahalı avtomobil “Bentley”dir. Qiyməti 500 min manat civarında olan bu maşından başqa, Daşkəsənin icra başçısının digər bahalı avtomobilləri də var. Özünün ən çox istifadə etdiyi maşın isə motorunun gücü 4700 kub olan “Toyota Lexus”dur ki, onun da qiyməti 150 min manatdan ucuz deyil.
Amma Əhəd Abıyev təkcə, avtomobil deyil, həm də motosiklet həvəsində olan icra başçılarından sayılır. Əldə etdiyimiz məlumatlara görə, Daşkəsənin icra başçısı hələ bir neçə il öncə özünə 23 min dollar dəyərində olan “Honda” firmasının istehsalı olan motosiklet alıb.
Qeyd edək ki, bu bizim araşdırmalarımız nəticəsində bəlli olan kolleksiyanın bir hissəsidir. İcra başçısının digər bahalı avtomobillərin sahibi olması istisna deyil.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\32gun.az

Tarix: 04 noyabr 2022
Baxış: 766

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş