Redaktor seçimi
    Yeni Klinikanın direktoru orqanlarını bağışladı
Xəbər lenti
Reklam
Məşhur "qanuni oğru" özünü başından GÜLLƏLƏDİ - FOTO

Nüfuzlu gürcü əsilli “qanuni oğru”, “Gia Long” ləqəbli 68 yaşlı Georgi Diakvnişvili Moskvadakı evində başından güllə yarası ilə tapılıb.
Gender.az xəbər verir ki, sentyabrın 3-də təcili yardım briqadası Yeni Moskvanın Mostovskoye kəndinə çağırışla gəlib və nüfuzlu kriminal avtoriteti göz yuvasından güllələnərək yerdə uzanmış halda aşkar edib. Onun Moskva xəstəxanalarından birinə yerləşdirildiyi və hazırda reanimasiyada olduğu bildirilir.
Hadisə yerinə baxış keçirilərkən polis əməkdaşları “Makarov” markalı qaz tapançası götürüblər. Faktla bağlı cinayət işi açılıb.
İstintaq “qanuni oğru”nu öldürməyə cəhd, eləcə də intihara cəhd versiyalarını araşdırır.
Cinayət aləmində “Gia Lonq” kriminal aləmin “xaç atası” Aslan Usoyanın (Ded Xasan) tərəfdarı olması ilə tanınır və rəqibi Tariel Onianiyə qarşı çıxırmış.



Mənbə: Azerinform.az

Tarix: 07 sentyabr 2022
Baxış: 428

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş