Xarkova raket hücumu nəticəsində ölənlərin sayı 17-yə çatdı
Rusiya ordusunun Xarkova endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
"Rusların Xarkov və Krasnoqrada təşkil etdiyi kütləvi raket hücumu terror aktıdır və bütün mövcud müharibə qaydalarının pozulmasıdır. Rusiya terrorçuları Xarkov şəhərinin Slobojanski və Saltovski rayonlarında və Krasnoqrad şəhərində məqsədyönlü şəkildə raketlərlə yaşayış binalarını vurublar. Həmçinin Kholodnoqorski rayonunda inzibati bina Xarkov raket hücumu nəticəsində dağıdılıb", - o bildirib. \\Publika
Tarix: 18 avqust 2022
Baxış: 607
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş