Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Rusiyada erməni müəllimlərin cinayətkar əməlləri ÜZƏ ÇIXDI - FOTOLAR

Rusiyada erməni bazar günü məktəbinin müəllimləri uzun illər rusiyalı təqaüdçüləri qarət ediblər.
Lyubertsdəki “Mesrop Maştots” adına erməni bazar günü məktəbinin bazasında Rusiyada yaradılımış  etnik erməni bazar günü məktəbində Asmaryan Roman Rubenoviç, Asmaryan Arman Rubenoviç və Naqapetyan Mariyana Oqanesovnanın təmsil olunduğu etnik cinayətkar birlik təşkil edilib.
5 ildən artıqdır ki, quldurlar öz cinayət əməllərini həyata keçirirlər. Onlar müxtəlif problemləri olan sadə təqaüdçüləri axtarıblar və hüquqi xidmət göstərmək adı ilə onları soyublar.
Onlar müxtəlif adamlardan 750 min, 600 min rubl aldatma yolu ilə alıblar. Aldadılan insanların sayının çox olduğu deyilir.
Fırıldaqçılar saxlanılıb, cinayət işi açılıb, bir ildir ki, istintaq gedir. Naqapetyan Mariyana zaminə buraxılıb, Asmaryan qardaşları təxminən bir il istintaq təcridxanasında qalıb, lakin naməlum səbəblərdən azad ediliblər. Bu işə rəhbərlik edən baş müstəntiq istefa verib.
Asmaryan Romanın həyat yoldaşı Arutyunyan Anait etnik erməni bazar günü məktəbində işləməyə davam edir.
Hamısı birlikdə Moskvadan 4 km aralıda üç mərtəbəli kotecdə yaşayırlar.
Mövcud vəziyyətlə bağlı məktəb kollektivinə məlumat verilsə də, zərərçəkənlərə pulları qaytarılmayıb. Fırıldaqçılar azadlıqda dəbdəbəli həyat sürür və gənc erməni nəslinə “təhsil verirlər”.
Dəstənin hesabında daha neçə oxşar epizod olduğu bilinmir.






Xuraman Etibarlı,
KONKRET.az

Tarix: 11 avqust 2022
Baxış: 514

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş