Xəbər lenti
Reklam
Azərbaycanda AĞIR QƏZA: YAP-ın vəzifəli şəxsi öldü - FOTOLAR

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvarı yol qəzası baş verib.

Hadisə rayonun Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər hadisə yerində ölüb, digər 6 nəfər xəsarət alıb.

Bildirilir ki, qəzada ölən şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu qeyd edilir.
Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.















APA.az

Tarix: 02 avqust 2022
Baxış: 409

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş