Hadisə rayonun Fizuli kəndində baş verib. Kənd sakini 32 yaşlı Mədət Tağıyev həyat yoldaşı Aygün Tağıyevanı bıçaqlayıb, həmkəndlisi Cavid Əliyevi isə qətlə yetirib. Qətl gecə saatlarında Mədət Tağıyevin yaşadığı evdə yaşanıb. Hər iki şəxs dost olub.
İlkin ehtimal olaraq qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Artıq faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Mədət Tağıyevin həyat yoldaşı Aygündən iki azyaşlı övladı var. İki bıçaq zərbəsi alan qadın xəstəxanaya yerləşdirilib.