Xəbər lenti
Reklam
Polkovnik-leytenant faciəvi şəkildə HƏLAK OLDU

Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.

Gender.az xəbər verir ki, hadisə dünən Gəncədə baş verib.

Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı. \\Qafqazinfo
Tarix: 09 iyun 2022
Baxış: 681

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş