Buraxılış imtahanında yüksək bal yığan məktəbli ÖZÜNÜ ASDI- FOTO
Tovuz rayonunda gənc oğlan özünü asaraq intihar edib.
Hadisə Düz Qırıqlı kəndində qeydə alınıb.
Kənd sakini, 17 yaşlı E.Aslanov bu gün yaşadığı evdə həyatına son qoyub.
Bildirilib ki, E.Aslanov Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıbmış. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Qafqazinfo.az
Tarix: 28 may 2022
Baxış: 584
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş