İran sərhədçilərinin öldürdüyü azərbaycanlı gəncin - FOTOsu
Xəbər verdiyimiz kimi, may ayının 16-da İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşı Mircavad Mircəlal oğlu Musayevi güllələyərək öldürüb. Mayın 18-də onun cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib.
Mircavad Musayev bu gün Şabran şəhər qəbristanlığında dəfn edilib
Atası pensiyaçı olan gənc hərbi xidmətdə də olub. Təxminən 5 aydır ki, onun Bakıya, iş dalınca getdiyi bildirilir.
Qeyd edək ki, hadisə ilə bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi yayıb.
Məqaləyə dair fotomateriallar:
Milli.Az
Tarix: 19 may 2022
Baxış: 570
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş