Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Azərbaycanın tanınmış Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti, teatr rejissoru, aktyor Vaqif Əsədov vəfat edib.
Gender.az xəbər verir ki, sənətkar bu gün 75 yaşında dünyasını dəyişib.
Əsədov Vaqif Firudin oğlu 1947-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb. 1982-1989-cu illərdə Naxçıvan şəhərində fəaliyyət göstərmiş "Cavid" Poeziya Teatrının yaradılmasına nail olub.
1989-cu ildən o, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!


Tarix: 19 may 2022
Baxış: 502

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş