Redaktor seçimi
    "Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?" - TURAN RZAYEV
Xəbər lenti
Reklam
Zaur Mirzəzadə həbs edildi

Bakıda dələduzluqda təqsirləndirilən Zaur Mirzəzadə həbs edilib.

Bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ona 5 il müdətinə azadlıqdan məhrumetmə cəzası verilib və məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Z.Mirzəzadə bir neçə şəxsə qarşı dələduzluq etməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində şərti cəza verilib. Daha sonra zərərçəkmişlər apellyasiya şikayəti verib.

Xatırladaq ki, Z.Mirzəzadə Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəridir. \\Report
Tarix: 17 may 2022
Baxış: 193

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}