Qızıl mədəninə silahlı basqın: 50 ölü
Konqonun İturi əyalətində qızıl mədəninə hücum nəticəsində azı 50 nəfər həlak olub.
Konqo Demokratik Respublikasının İturi əyalətinin Mambilidei şəhərində Konqo İnkişaf Kooperativinin (CODECO) üzvləri qızıl mədəninə hücum ediblər.
İturi Əyalət Vətəndaş Cəmiyyəti Qrupları koordinatoru Jean Bosco hücumdan sonra verdiyi açıqlamasında deyib ki, ən azı 50 mülki vətəndaş öldürülüb. "Evlər yandırıldı. CODECO milisləri qətliam törədib"- o, qeyd edib.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Ofisinin məlumatına görə, CODECO 2021-ci ildə 400-dən çox insanın ölümünə səbəb olub. Hökumət 2021-ci ilin may ayında İturi və qonşu Şimali Kivu əyalətindəki hücumlar səbəbindən hər iki şəhərdə hərbi vəziyyət elan edib. \\Ölkə.Az
Tarix: 09 may 2022
Baxış: 207
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş