Xəbər lenti
Reklam
Azərbaycan polisinin 15 il axtardığı Aybəniz görün harda tutuldu

Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub.
Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Aybəniz Səfərzadənin Pakistanda gizləndiyi məlum olub. 15 il bu ölkədə gizlənən Aybəniz Səfərzadə aprelin 26-da saxlanılıb. 
Məlumata görə, Aybəniz Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dayişibmiş.
Xatırladaq ki, təqsirləndirilən Aybəniz Səfərzadə və bacısı Almaz Səfərova azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər iksi barəsində 2006-cı ildən cinayət işi başlanıb. 
Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.
 
 
Lent.az
Tarix: 28 aprel 2022
Baxış: 252

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş