Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Üç rusiyalı hərbçi ukraynalı ana və qızını zorlayıb, sonra isə öldürüb - FOTO

“Zorlamalar həddindən artıq çoxdur... Bu vəhşi müharibənin günü-gündən yeni cinayətləri üzə çıxır”.
Bu barədə ukraynalı ombudsman Lyudmila Denisova Kiyev vilayətində rusiyalı hərbçilərin yeni sadizm halları barədə məlumat verərkən deyib.
O, qadının və onun 15 yaşlı qızının döyülməsi və zorlanması xalına xüsusi diqqət ayırıb. Bu vəhşilik qurbanın digər qızının (17 yaşlı) gözü qarşısında edilib.
“17 yaşlı qız və nənəsi məxfi psixoloji yardımın göstərilməsi üçün müvəkkilin xüsusi telefon xətti ilə əlaqə saxlayıb. Onlar bu hadisənin dərcinə icazə veriblər. İrpində üç rusiyalı işğalçısı qızın gözü qarşısında onun anasını və 15 yaşlı kiçik bacısını zorlayıb. Onlar son dərəcə amansızlıqla döyülüb və zorlanıblar. Hər ikisi ölüb”, - deyə Denisova bildirib.
Onun sözlərinə görə, qız dörd gün ərzində evdə meyitlərlə bir yerdə qalıb və psixoloji sarsıntı keçirib. Şəhər azad ediləndən sonra isə nənəsinin yanına gedə bilib.
Zərərçəkmiş bildirib ki, doğmaları qətlə yetirilərkən hərbçilər ona toxunmayıblar. Deyiblər ki, “yaşa və başqalarına danış”.
 
 
Azmedia.az


Tarix: 23 aprel 2022
Baxış: 248

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş