Azərbaycanda DƏHŞƏT: baba nəvəsini xilas etmək istəyərkən onunla birlikdə öldü
Qaradağ rayonu Ələt qəsəbəsində Yanar dağ adlanan ərazidə 15 yaşlı Ləman Orucova dənizdə çimərkən boğulub. Ləmanın 70 yaşlı babası Əmrağa Orucov nəvəsini xilas etmək istəyərkən özü də boğulub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Təcili Yardıma çağırış saat 16.45-də daxil olub.
"Hadisə yerinə gələn həkim briqadasına ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb. Faktla əlaqədar hüququ mühafizə orqanları araşdırmalara başlayıb", - açıqlamada deyilir.\\Publika
Tarix: 16 iyul 2019
Baxış: 61381
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş