Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
DSX Akademiyasının kursantı vəfat edib - SƏBƏB

Hərbi Prokurorluq Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının kursantının ölümü ilə bağlı məlumat yayıb.
Hərbi Prokurorluqdan "Birxeber"a daxil olan məlumatda deyilir:
"Daxil olan məlumat əsasında Bakı Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər zəruri hərəkətlər icra edilib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq".
17:40
Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının 4-cü kursunda təhsil alan, 2001-ci il təvəllüdlü kursant Nağıyev Murad Müslüm oğlu aprel ayının 13-də müalicə aldığı tibb müəssisəsində onkoloji xəstəlikdən vəfat edib.
Bu barədə Gender.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, həkimlər tərəfindən zəruri müalicə tədbirlərinin görülməsinə baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.
Allah rəhmət eləsin!

Tarix: 13 aprel 2022
Baxış: 268

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş