Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bakıda oğul telefon almağa görə anasını ÖLDÜRÜB

 

Bakıda telefon həvəsi gənc oğlanı dəmir barmaqlıqlar arxasına göndərib. Hər halda, 26 yaşlı Eldar Müslümov anasını öldürməsini belə izah edib.

Hadisə fevralın 18-də baş verib. Evdə anası Nailə Müslümova ilə mübahisə edən Eldar stulla onun sinəsindən vurub. Qadın yıxılıb, başı divara dəyib. Eldar dərhal evdən çıxıb, anasının vəziyyəti ilə maraqlanmayıb. Geri qayıdanda təcili tibbi yardıma zəng vurub, amma həkimlər qadının həyatını xilas edə bilməyib.Polis Eldarı həbs edib. Cinayət işi başlanıb. Eldar ilkin ifadəsində anasından ona smartfon almasını tələb etdiyini bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib. \\Bizimyol.info
Tarix: 09 iyul 2019
Baxış: 23473

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş