Göyçayda kafedə iş adamı güllələndi
Göyçay rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə bu gün axşam saat 22:00 radələrində şəhərdəki kafelərdən birində qeydə alınıb.
Göyçay rayonunun Şəkər kənd sakini 1987-ci il təvəllüdlü Nicat Əliyev kafedə şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunu öldürüb.
Hadisəni törədən Vicay ləqəbli Nicat Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxsin iş adamı olduğu bildirilir.
Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə: Virtualaz.org
Tarix: 23 fevral 2022
Baxış: 242
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş