İnternetdə meyitxanada üstü ağ parça ilə örtülmüş adamın necə canlandığını əks etdirən video yayımlanıb. Bu, istifadəçilər tərəfindən geniş müzakirə edilib.
Videoda meyitxanaya oxşayan otaq əks olunub.
Otağın mərkəzində ağ parçalarla örtülmüş cəsədləri olan iki cərrahi masa var. Bir anda onlardan biri əlini tərpətməyə başlayır.
Bundan sonra kişi parçanı üzündən götürür və ətrafa baxmağa başlayır. Kişi daha sonra ayağa qalxmağa çalışır. O, bunu çətinliklə edir. Onun tamamilə çılpaq olduğu aydın görsənir. Masadan yapışan kişi güclə ayağa qalxır və bir-iki metr getməyə çalışır. Bundan sonra müşahidə kameralarından çəkiliş başa çatır.
Şəbəkə iddia edir ki, video Rusiyanın Tver vilayətinin meyitxanalarından birində lentə alınıb. Müşahidə kameralarının çəkilişlərində tarix və vaxt göstərilib. Bu məlumatlara görə, hadisə yanvarın 24-ü, bazar ertəsi səhər saat 7 radələrində baş verib.
REN TV video ilə bağlı regional Səhiyyə Nazirliyindən rəsmi şərh almayıb.