ABŞ-ın İraqdakı səfirliyi ATƏŞƏ TUTULDU
ABŞ-ın İraqdakı səfirliyi raket atəşinə tutulub.
Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, diplomatik missiyanın binasına iki mərmi atılıb. Hər iki raketin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd edilir.
ABŞ səfirliyi Bağdadın mərkəzində güclü mühafizə olunan "yaşıl zona"da yerləşir. \\Manşet.az
Tarix: 13 yanvar 2022
Baxış: 259
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş