Şəmkirdə qadın evdən qaçmasının səbəbini açıqlayıb.
Gender.az xəbər verir ki, oxu.az-a danışan G.Q. həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığını bildirib:
“Qayınanam və həyat yoldaşım davamlı məni uşağımın olmadığı üçün qınayırdılar. Hər şeydən bezmişdim. 5 il əvvəl tanış olduğum bir kişi vardı. Mənim telefonuma səhv düşmüşdü. Elə tanış olduq. O zaman nişanlı idim, nişanı qaytarmaq istədim, anamgil icazə vermədi”.
G.Q. bir dəfə tanış olduğu kişi ilə qaçmağa cəhd göstərsə də, alınmayıb:
“O, yolu tapa bilmədi. Dekabrın 31-i taksi ilə gəlib məni evdən götürdü”.
G.Q. əlavə edib ki, evdən çıxanda pul götürməyib:
“Evdən qızıllarımı və üst geyimimi götürüb çıxmışam. Şirvana çatan kimi qızıllarımı satdım. Kirayə ev tutdum, özümə paltar, qab-qacaq aldım. Artıq o ailəyə geri dönən deyiləm”.
Qadın bildirir ki, evlənəndən bir ay sonra həyat yoldaşı onu döyməyə başlayıb:
“Məni döyürdü, səhərə qədər çöldə saxlayırdı. Sabahın açılmasına az qalmış evə salırdı ki, heç kim görməsin”.
Qeyd edək ki, 24 yaşlı G.Q. sonuncu dəfə dekabrın 31-i evdən çıxıb və geri qayıtmayıb. Qayınanasının sözlərinə görə, gəlini evdən qaçan zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb.
Polis Bölməsinin əməkdaşları rayon sakini G.Q.-nın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə onu Şirvanda tapılaraq ailəsinə təhvil verilib.