Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Polis rəisinin arvadı ərinin “məşuqə”sinə HÜCUM ÇƏKDİ

Kurqan vilayətinin "Kurtamışski" polis idarəsi rəisinin arvadı ərinin  ehtimal etdiyi polis məşuqəsinə çəkiclə hücum edib.
Hadisə iş yerində baş verib.
Bildirildiyinə görə, 33 yaşlı Svetlana kadrlar şöbəsinə çəkiclə gələrək 30 yaşlı kapitan İrinaya hücum edib. Hücum edən də polisdə işləyir, lakin hazırda analıq məzuniyyətindədir. O, ərinin xəyanət etdiyinə əmindir.
Svetlana "Səni öldürürəm!" qışqıraraq ərinin "sevgilisinin" başına İrina adlı 40 yaşlı digər polis əməkdaşı onları ayırana qədər bir neçə zərbə vurub.
Hadisə ilə bağlı İstintaq Komitəsinin əməkdaşları araşdırma aparır. Maraqlıdır ki, Sergeyin xəyanətinə dair heç bir sübut yoxdur. \Lent.az

Tarix: 22 dekabr 2021
Baxış: 364

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş