Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Bakıda metroda ölən şəxsin pulu oğurlanıb? - AÇIQLAMA

Metroda ürəktutmasından vəfat edən Əhməd Babayevin cibindən pul oğurlanması ilə bağlı iddialar Bakı Metroploliteninin Polis Şöbəsində araşdırılıb. İddia var idi ki, vəfat edən şəxsin üzərində qovluq olub və bu qovluqda müvafiq sənədlər olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, həmin şəxs metroya daxil olan zaman üzərində nəinki qovluq, daşıdığı heç bir əşya olmayıb.

"Hərəkət üzrə bütün kameralara baxış keçirilib. Əgər həmin şəxsin qohumları aparılan araşdırmadan narahatdırlarsa, metro polisinə müraciət edə bilərlər", - deyə o qeyd edib.
Xaırladaq ki, dekabrın 9-da Bakı metrosunda ölüm hadisəsi baş verib. Sərnişin qatarda özünü pis hiss edib. "28 May" stansiyasında o qatardan düşürülüb və təcili yardım çağırılıb. Təcili tibbi yardım hadisə yerinə çatana qədər həmin şəxs dünyasını dəyişib. Dünyasını dəyişən şəxs yaşlı kişidir.

Məqaləyə dair fotomateriallar:


Milli.Az
Tarix: 13 dekabr 2021
Baxış: 245

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş