Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Salyanın baş memarı barədə CİNAYƏT İŞİ BAŞLANDI

Salyan rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - rayonun baş memarı Hüseynov Teyyub Safalı oğlu qanunsuz torpaq satmaqda ittiham olunur. Baş memar barəsində Cinayət Məcəlləsinin Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham irəli sürülüb. 
Onun barəsində aparılan cinayət işinin ibtidai istintaq başa çatdırılıb və materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 23-nə təyin edilib. \\Virtualaz.org

Tarix: 11 noyabr 2021
Baxış: 240

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş